Weather Data Source: havadurumuuzun.com

Lənkəranda Şair İltifat Salehin xatirə gecəsi keçirilib

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Unudulmayanlar” lahiyəsi çərçivəsində AYB-nın üzvü, Mərhum şair İltifat Salehin xatirə  gecəsi keçirilib.

Təntənəli mərasimdə rəsmlər, şairin ailə üzvləri, yaxın dostları, tanınmış yazıçı və şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zefernews.az xəbər verir ki,

Tədbiri Giriş sözü ilə AYB-Lənkəran bölməsinin sədri Qafar Cəfərli şair İltifat Salehin yaradıcılığından söz açıb. Unudulmaz şairin Azərbaycan poeziyası üçün əhəmiyyəti və onun ədəbiyyatımızda tutduğu mövqedən danışıb. Q.Cəfərli İltifat Salehin yazdığı şeirlər oxucularının ürəyində silinməz iz qoyduğunu vurğulayıb.

Sonra çıxış edənlər Ölməz Şair İltifat Saleh ilə bağlı xatirələrini bölüşüblər.

Şairin qızı Afaq Eyvazova   İltifat Salehin yaradıcılığana verdiyi dəyərə, yüksək səviyyəli təşkilatçılığa görə Lənkəran MKS-in və AYB-Lənkəran bölməsinin rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsidə Lənkəran şəhər C, Cabbarlı adına 1nömrəli uşaq musiqi məktəbinin muğam üçlüyü,Sözləri İltifat Salehin Musiqisi
Bəstəkar-Musiqişunas Zəminə Tariyelqızının “Bu Sevgi” mahnısı,Skripka ifaçısı Müqabil Kamandar, Xanəndə Əsəd Məmmədovun ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə həmçinin məktəblərinin ifasında Şair İltifat Salehin yazdığı şeirlər səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Top