Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “2024-cü il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirilən “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” kulturoloji-innovativ layihəsini həyata keçirməyə başlayıb.
YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılacaq ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edəcək və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, təqdimat mərasimlərinin keçirilməsini, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib.
Layihə komandasının geniş açıqlamasında isə bildirilir ki, Qarabağdakı möhtəşəm Zəfərimiz və Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual hərbi-vətənpərvərlik fəaliyyətlərinin əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyalar təşkil edilməlidir. Son illərin pandemiya qadağaları, iqtisadi enişlər, dünya iqtisadiyyatının böhranı, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alacağı proqnozlaşdırılır. Üstəlik müharibə qələbəsinin sevincini/enerjisini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. “Veytnam sindromu” ilə qarşılaşmamaq üçün müharibə iştirakçılarının cəmiyyətə adaptasiyası, vətəndaşlarla hərbiçilərin sıx münasibətlərinin gücləndirilməsi, qazilər, əlillər və yaralıların sosiallaşması, gənclər tərəfindən onlara ehtiram göstərilməsinə diqqət ayrılmalıdır. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni ünsiyyət alətləridir.
Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmış mədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media və sosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirən milli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gənc nəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərin maraqlandırmaq üçün fərqli yanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir.
Qazanılan unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda e-nəşrlərin, sosial media məhsullarının hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək “e-Zəfərnamə” seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, təqdimatlar vasitəsilə gənclərin motivasiya edilməsi əsas məqsədlərdən sayılır.
Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə vətənimizin sivil inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın, elmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında – rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. Zəfərnamə seriyasından olan e-kitablarımız “Smart Qarabağ”, “Ağıllı rayon/şəhər/qəsəbə/kənd” proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirməkdir. Bu istiqamətlərdə müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər, eləcə də TV verilişlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdiriləcək.
Elektron kitabxananın yeni – “e-Zəfərnamə” alt-bölümü bu ünvanda yerləşir: https://kitabxana.net/e-library.php?cate=202
Ölkəmizdə elektron kitabxana, e-nəşrlər, alternativ təhsilin inkişafına yönəli layihə əsasən iki problemi əhatələyir. Qlobal İnformasiya Resurslarında – İnternetdə Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanması. Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq: alternativ tarix kitablarının hazırlanması, məktəblərdə model olaraq tətbiqi və gənc nəslə çatdırmaq. Bu baxımdan da aşağıdakı istiqamətdə fəaliyyətlərin reallaşdırılması planlaşdırılır: 24 elektron kitab hazırlanacaq. Sosial şəbəkələrdə yeni alternativ-innovativ təhsil şəbəkə resursları ortaya qoyulacaq. Lənkərandakı orta məktəbdə, Bakıdakı gənclər kitabxanasında, eləcə də İnternetdə real və virtual təqdimatlar – öyrətmə kursu təşkil olunacaq. Vizual/virtual məhsullar ortaya qoyulacaq. Məktəblilər virtual öyrədiləcək. Orta məktəbdə alternativ, daha çevik, gənc nəslin qəbul etdiyi innovativ formalar təbliğ olunacaq. Yeni tariximizə aid alternativ rəqəmsal kitablar hazırlanaraq geniş ictimaiyyətə təqdim olunacaq. İnteraktiv öyrətmə metodları təkmilləşdiriləcək. Orta məktəbdə və kitabxanada virtual mütaliə mədəniyyəti təşviq ediləcək. Dünyadakı soydaşlarımız üçün elektron resurs, Azərbaycan e-kitabları, alternativ imkanlar yaradılacaq. Milli təhsil və kitab mədəniyyəti inkişaf etdiriləcək.
Layihə, ümumən, Azərbaycan ərazisində, xüsusən də Bakı və Lənkəran şəhərində, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri əhatələyəcək. Elm, təhsil, alternativ tarix və Qələbə mövzulu ədəbiyyatlarla işləyən təsisatlar, qurumlar yerləşən, milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Elektron kitabxana və e-nəşrlərlə bağlı mütəxəssislər əsasən paytaxtda fəaliyyət göstərir. Az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görə, İnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək. Layihədə əsasən məktəbli və tələbələr, eləcə də alternativ – məsafəli təhsil həvəskarları – müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcək.
Hidayət – Ayxan Əbilli,
YYSİB sədr müavini,
Analitik İnformasiya Bölümünün əməkdaşı