Xalq artisti Qabil Quliyev ilə görüş keçirilib
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Mədəniyyətimiz uğurlara doğru” lahiyəsi çərçivəsində Aktyor, Respublikanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyevin anadan olmasının 75illik və sənət fəaliyyətinin 50illik yubileyi münasibətilə görüş keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, teatr xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Zefernews.az xəbər verir ki,
Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktor v.m.i.e Arzuyə Rufullayeva açaraq aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib.
Sonra çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Anar Babalı, Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı Aynur Əhmədova, Rejissor Emil Əsgərov, Bəstəkar-Musiqişunas Zəminə Tariyelqızı, Qabil Quliyevin qızı Filologiya elmləri doktoru, Professor Sevinc Mehtixanlı, Lənkəran MKS-in Boladı kənd Kitabxana filialının müdiri Könül İsmayılova, Tələbə Aytac Əlizadə Aktyor, Xalq artisti Qabil Quliyevin yaradıcılığından söz açaraq, ona daima müvəffəqiyyətlər arzulamışdırlar.
Daha sonra Xanəndə İmanverdi Ağayev, Skripka ifaçısı Müqabil Kamandar, Bəstəkar-Musiqişunas Zəminə Tariyelqızı, Gənc muğənni Allahveren Pərvizoğlu öz musiqi nömrələri ilə tədbirə dahada rəng qatıblar.
Tədbirin sonunda Respublikanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Xalqımızın Sevimli Sənətkarı Qabil Quliyev keçirilən görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib və xatirə şəkli çəkdirilib.