Weather Data Source: havadurumuuzun.com

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin Doğum günüdür

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[1]. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981)

 

Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990)

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir.[3] Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunmuşdur[4]. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır[8]. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981–1982) ilə başlamışdır[9]. Yazıçının ilk böyük əsəri — “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı”nəşr olundu.

Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.

Təltifləri:

Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005;

“Qırmızı əmək bayrağı” ordeni;

“Şöhrət” ordeni — 7 aprel 2009;

Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan);

Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan);

Belarus Yazıçılar İttifaqının medalı (2014);

“Şərəf” ordeni (9 aprel 2019);

“Dostluq” ordeni (Rusiya) — 19 may 2020.

“Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı

Top