Weather Data Source: havadurumuuzun.com

Qənirə Paşayeva ilə səmimi görüşüm xatirəmdə əbədi yaşayacaq

Bir gənc olaraq həmişə arzum olub millət vəkili Qənirə xanım Paşayeva ilə görüşüm.

Düşünürdüm ki, qismətdə varsa yəqin bir gün mənə də vətənpərvər xanımla görüşmək nəsib olar.

Qənirə xanımı ailəlikcə cox istəyirdik, onun TV -dəki çıxışlarını məmuniyyətlə izləyirdim.

15.04.2021-ci il Gənclər və İdman Nazirliyinin “Armudu”məhşurlarla görüş lahiyəsində millət vəkili Qənirə Paşayevanın gənclər ilə onlayn görüşü keçirildi. Çox həyacanlı idim, mənə söz veriləndə çox sevinclə çıxış etdim:

Hörmətli Qənirə xanımı səmimi qəlbdən salamladım və özümü təqdim etdim-” Mən Respublika mahnı müsabiqəsinin qalibi gənc müğənni Allahverən Pərvizoğlu bir gənc olaraq sizinlə görüşmək arzularımdan biridir.

Qənirə xanım mənim çıxışımı diqqətlə dinləyib cavab olaraq dedi:

Əziz Allahverən mən sizi ailənizi və gözəl Lənkəranımızı salamlayıram, siz çox gözəl işlə məşğulsuz bölgələrdədə mədəniyyət sahələrində gənclər çalışmalıdır ki, bu sahədə inkişaf daha yüksək olsun. Mən həftənin 2-ci günü sizi Milli Məclisin Mədəniyyət komitəsində gözləyirəm buyurun, gəlin.

Qənirə xanımın məni dəvət etməsinə çox sevindim.

Beləliklə 20.04.2021- ci il tarixində Anam Samirə xanımla birlikdə Lənkərandan Bakıya yola düşdük və  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşümüz baş tutdu.

Milli məclisin binasına daxil olarkən həm çox həyacanlı, həm də çox sevincli idim. Nəhayət Qənirə xanım bizi qarşıladı çox səmimi görüşdü, söhbət əsnasında uğurlarım ilə bağlı Qənirə xanıma məlumat verdim.

Maraqla məni dinləyən Qənirə xanım mənə uğurlar arzuladı. Öz müəllifi olduğu kitabları mənə hədiyyə etdi və salamını Lənkəranlılara çatdırmağımı xahiş etdi. Anamla ilə birlikdə Hörmətli Qənirə xanım ilə Xatirə şəkli çəkdirdik. Qənirə xanım Anamı qucaqlayıb dedi:-Zəhmətkeş Ana Allah sizi qorusun övladlarınızın xeyirin görəsiz .
Bununlada görüşümüz sona çatdı.

Düzdü arzular çox ömür az demişlər, arzularımdan biri konsertimdə, təqdimatlarımda Qənirə xanımın iştirak etməsi idi amma fələk buna imkan vermədi.

Vətənimin heç vaxt yeri dolmayacaq əziz, mehriban xeyirxah qızı, Gənclərin dostu Qənirə xanım həmişə Qəlbimizdəsiz Unutmadıq sizi 😔

Top