“Xarı Bülbül”
Martın 19 – u Niderlandın Den Haaq şəhərində Azərbaycan Türk kultur dərnəyinin nəzdində yerləşən “Xarı bülbül” Azərbaycan məktəbinin şagirdləri Novruz bayramı ilə əlaqədar tədbir keciriblər. Bayram şənliyində Azərbaycan Respublikasının Niderland Krallıgında yerləşən səfirlik nümayəndələrindən cənab Rəhman bəy Mustafayev , Səbinə xanım Sadıqlı və Niderlandda yaşayan gənc soydaşlarmız da qatıllblar.
Təşkilatcıların məqsədi gənc nəsilə Vətəndən uzaqda yaşamasından asılı olmayaraq, öz adət və ənənələrimizi, milli dəyərlərimizi, tariximizi unutdurmamaqdır.
Şənlik iştirakcıları bərabər yumurta döyüşü, papaqatma, yumurta bəzəmə və digər bayram ənənələri göstərib, maraqlı oyunlar oynayıblar. Tədbir iştirakçıkarına Novruz bayramı və onun atributlatı haqqında qısa məlumat veriblər.
Olduqca yüksək səviyyədə təşkil edilən bayram tədbiri böyük maraqla qarşılanıb.
Vətəndən uzaqda Azərbaycanımızı təmsil edərək adət-ənənələrimizi, dəyərlərimizi yaşadan və təbliğ edən tədbir təşkilatçıkarı bu cür tədbirlərin davamlı olacağını bildiriblər.