Weather Data Source: havadurumuuzun.com

BAHAR HƏSRƏTİ

Bahar Həsrəti

Gözəllərin görən gözü,
Bu ömrün, həyatın özü,
Şairlərin şirin sözü,
Bahar, niyə gecikirsən?

Cövlan edir çovğun, külək,
Belə hava kimə gərək?
Canlanmaq istəyir ürək,
Bahar, niyə gecikirsən?

Yaşıl deyil bağça, bağlar,
Ağ xalat geyinib dağlar,
Gəl ki, gəlsin gözəl çağlar,
Bahar, niyə gecikirsən?

Torpağa dammasın qanlar,
Qəmgin olmasın insanlar,
Təzələnsin ruhlar, canlar,
Bahar, niyə gecikirsən?

Hər fəsilin öz yeri var,
Ürək sevdiyin arzular,
Könüllərə yağmasın qar,
Bahar, niyə gecikirsən?

Gəl yaşıllaşsın yamaclar,
Tumurcuqlasın ağaclar,
Çiçəkləri, gülləri sar,
Bahar, niyə gecikirsən?

Sevindik intizardadır,
Könlü sıxıntı, dardadır,
Soruşur: “Bahar hardadır?”,
Söylə, niyə gəlməyirsən?
Bahar, niyə gecikirsən?

09.02.2024

SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü

Top