Aktrisa ilk sevgisindən danışdı
Əməkdar artist Mehriban Xanlarova ilk sevgisindən danışıb.
Zefernews.az xəbər verir ki, aktrisa “Bizimləsən” proqramında yeniyetmə illərində lentə alınan fotosu nümayiş olunarkən aparıcı Zaur Baxşəliyevin “Bu yaşda sevmişdin” sualına belə cavab verib:
“Kasıb idik, anam-atam eşitmə və danışma məhdudiyyətlidir deyə, qonşu qoymadı məni alsınlar. Gözümün qabağında nişan apardılar. Ondan sonra Azərbaycanı tərk etmək istəyirdim, amma Allahıma qurban olum, Moskvada baş rola dəvət aldım. Kimim var idi ki? Tanımadığım bir insan dedi ki, “Sarıköynək” obrazını bu oynayacaq. Mən bilmirdim aktrisa olacağam. Səkkizinci sinifdə məktəbdən çıxmışdım, oyuncaq fabrikində işləyirdim. Həyatdan küsmüşdüm, tərk etmək istəyirdim ölkəni.
Qonşu oğlan idi, başqa bir rayona nişan apardılar. Biz birinci, onlar isə dördüncü mərtəbədə qalırdı. Dedilər ki, kasıbdılar, valideynləri qüsurludur. 17 yaşım var idi, biri-birimizi sevirdik. Amma o özü də xoşbəxt olmadı. Bizi ayıranın da başına çox şeylər gəldi. Oğlan evi nişan aparanda çox ağlamışdım. Amma Allah məni baş rolla bu depressiyadan xilas etdi”.