Xatırlayarsan məni
XATIRLAYARSAN MƏNİ
Bağda çiçək açanda ,
Qaranquşlar uçanda ,
Günəş işıq saçanda ,
Xatırlayarsan məni .
Səhər gülün şehində ,
Bülbülün cəh – cəhində ,
Suyun zümzüməsində ,
Xatırlayarsan məni .
Şəlalə cağlayanda ,
Lalələr gül açanda ,
Qızlar nəğmə qoşanda ,
Xatırlayarsan məni .
Sevgililər barışanda ,
Göydə ulduz sayrışan da ,
Pəncərədə ay doğanda ,
Xatırlayarsan məni .
Pərvanə Salmanqızı.🇦🇿🇹🇷
şairə-publisist