Masallıda yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon turniri keçirilib.
15-16 fevral 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 mart-Bədən tərbiyəsi və idman Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon turniri keçirilib.
Zefernews.az xəbər verir ki,
Masallı Regional Boks Mərkəzində keçirilən turnirdə 12 çəki dərəcəsi üzrə 64 idmançı iştirak edib.
Sonda Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.