Cəlilabadda 20 Yanvar-Ümumxalq Hüzn Günü qeyd olunub
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Cəlilabad şəhərindəki Şəhidlər Parkı Abidə Kompleksində anım mərasimi keçirilib.
Zefernews.az xəbər verir ki,
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.
Bakı vaxtı ilə saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.