Prezident və birinci xanım 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Zefernews.az xəbər verir ki,
Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.