Gəncəyə ilk qar yağıb
Gəncə şəhərinə 2024-cü ilin ilk qarı yağıb. Gecə saatlarından başlayaraq yağan qar səhər saat 10 radələrinədək davam edib və şəhəri ağ örpəyə bürüyüb. İlk qarın yağması şəhər sakinlərinin, əsasən də, uşaqların sevincinə səbəb olub.
Zefernews.az xəbər verir ki,
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçib.
Səhər saatlarından etibarən MKTİB-in canlı qüvvə və texnikaları vasitəsilə avtomobil yollarının, eləcə də səkilərin qardan təmizlənməsinə başlanılıb.
Qeyd edək ki, Avtomobil yollarına və piyada səkilərinə qum və duz səpilib, mərkəzi küçələrdə xüsusi texnikalar vasitəsilə yollar qardan və buzdan təmizlənib. Hazırda yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.