İcra başçısı öz doğum günündə şəhid ailəsin ziyarət edib
13 yanvar 2024-cü il tarixdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Seymur Şabıyevin ailəsini ziyarət edib.
Zefernews.az xəbər verir ki,
Cəlilabad Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Ziyarət zamanı şəhid Seymur Şabıyevin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Eyni zamanda şəhid ailəsi qəhrəman övladının xatirələrini qonaqlarla bölüşmüşlər. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.