Dünyanın Xoşbəxti Mənəm Dünyada
Dünyanın Xoşbəxti Mənəm Dünyada
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. 1961-ci ildən Opera və Balet teatrının solistidir.
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçısıdır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.
Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olmuşdur.
Xalqın Sevimlisi Dünya Şöhrətli Zeynəb Xanlarova yüksək mükafatlar və ordenlər ilə təltif olunub:
- “Azərbaycan SSR əməkdar artisti” fəxri adı — 7 iyul 1967ci il
- “Şərəf nişanı” ordeni — 2 iyul 1971ci il
- “Azərbaycan SSR xalq artisti” fəxri adı — 24 mart 1975ci il
- “Ermənistan SSR xalq artisti” fəxri adı — 15 mart 1978ci il
- “SSRİ xalq artisti” fəxri adı — 28 iyul 1980ci il
- “Qızıl val” mükafatı (“Melodiya” firması) — 18 fevral 1986ci il
- “Xalqlar Dostluğu” ordeni — 26 dekabr 1986ci il
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988ci il
- “Şöhrət” ordeni — 27 dekabr 1996cı il
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005ci il
- “İstiqlal” ordeni — 26 dekabr 2006 ci il
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 28 dekabr 2011ci il
- “Heydər Əliyev” ordeni — 26 dekabr 2016 cı il
- Basın və Başarı ödülü (Türk Basın Birliyi) tərəfindən
- İlin Sənətçisi (Ankara Jurnalistlər Birliyi tərəfindən