Uşaq sığınacağında “Qış Nağılı” adlı konsert proqramı baş tutub

Yanvarın ayının 4 -ü tarixində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Nur Organization -nın rəhbəri Kamran Nur -un təşkilatçılığı ilə xeyirxah insanların yardımı eləcə də “Aran Media Group” və “Zəfər Yolu” Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai Birliyinin təşkilati dəstəyi ilə Ümid Yeri Uşaq Sığınacağında valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün “Qış Nağılı” konsert proqramı baş tutmuşdur.
Zefernews.az xəbər verir ki,
Tədbiri Uşaq sığınacağının direktoru Nigar Mənsimova qonaqları salamlayaraq, ürək sözlərini söyləyərək tədbiri açıq elan edib.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar Artisti Səlim Abbasov, estradamızın tanınmış ulduzu Fərxad Xəlif, Azəristar 2008 yarışmasının finalçısı Ədalət Abasov, “Azərbaycanın Səsi Bala” və “Bala Türkvision” yarışmalarının qalibi Əhməd Əmirli, Azərbaycanın Səsi 2013 yarışmasının finalçısı Qadir Fətəliyev, Sumay Əlizadə, Nesrin Muxtarlı, Sevinc Süleymanzadə, Billurə Qədirli, Nilufər Əhmədova, Əli Məmmədli, Gülnaz Nəbili, Orxan Sərxanoğlu və Bəhruz Musayev Ümid Yeri uşaq sığınacağının sakinləri olan uşaqları öz nəğmələri ilə təbrik etmişlər.
Daha sonra tədbirdə Kloun, Alov şou, Şar şou, Panda Şou çıxış edərək uşaqların sevincinə daha sevinc qatmışlar.
Eyni zamanda tədbirin təşkilatçısı Kamran Nur -un təşkil etdiyi və rəhbəri olduğu “Sözün Sehri” adlı bədii qiraət, “Obraz” adlı dram və “Zəfər” adlı xor dərnəklərinin üzvləri ilə hazırlanan “Yeni İl” rəqsini nümayiş olunmuşdur.
Tədbir boyu “Aran Media Group” və “Azərbaycan Respublikası Zəfər Yolu İnformasiya Agentliyi tərəfindən iştirak edən müğənnilər fəail iştiraklarına görə təşəkkürnamələrlə, tədbirin təşkilatçısı Kamran Nur eləcə də onun rəhbəri olduğu dərnək üzvləri və tədbirin aparıcısı Günel Abdullayeva isə fəxri fərmanlarla təltif olunmuşlar.
Tədbirin sonunda isə Şaxta Baba və Qarqız gələrək uşaqlara xeyirxah insanların yardımları ilə toplanan maliyyə ilə alınan yeni il hədiyyələri təqdim edilib. Bundan əlavə xeyirxah insanların yardımları ilə alınan ərzaqlardan hazırlanan yemək süfrəsi təşkil edilib və Toxuma Evi tərəfindən yeni il özəl hazırlanmış tort kəsilərək uşaqlara təqdim edilib.



