İçərişəhərdə “Heydər Əliyev və Azərbaycan” adlı sərgi açılıb

Xalq rəssamı Tahir Salahovun ev-muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş rəssamların təxəyyülündə “Heydər Əliyev və Azərbaycan” adlı sərginin açılışı olub.
Zefernews.az xəbər verir ki,
2023-cü il “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 30-dan artıq rəsm əsəri nümayiş olunur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan sərgi Tahir Salahovun ev-muzeyində 29 dekabr tarixinədək davam edəcək.



