YAP-Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiya fəalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Lənkəran rayonun Mamusta kənd ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşü olub.
Zefernews.az xəbər verir ki,
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər, kəndin ağsaqqalları, ziyalılar və şəhid ailələri də iştirak ediblər.
Görüşdə iştirak edən partiya fəalları belə görüşlərin təşkil olunmasını yüksək qiymətləndirib. Səmimi və işgüzar keçən görüşdə bir sıra məsələlərə də toxunulub, partiya üzvlərinin verdiyi sualları cavablandırılıb, İrəli sürülən təklif və problemlər qeydə alınıb.




