Niyazi Bayramov Vətən müharibəsi iştirakçısının yas mərasimində iştirak edib

Vətən müharibəsi iştirakçısı Əhmədov Eşqin Vaqif oğlu ürək çatışmazlığından vəfat edib.
Zefernews.az xəbər verir ki,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri yas mərasimində iştirak ediblər. Niyazi Bayramov mərhumun ailə üzvləri ilə görüşüb, başsağlığı verib.
Qeyd edək ki, Eşqin Əhmədov Vətən müharibəsi dövründə Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı “medalı ilə təltif edilib.



