Şəmkirdə Antiterror əməliyyatları zamanı yaralanan hərbiçi evində ziyarət olunub

Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti tərəfindən rayonun Düzqışlaq kənd sakini, əsgər Əliyev Ziya Vüqar oğlu evində ziyarət olunub.
Zefernews.az xəbər verir ki,
Görüş zamanı Ziya Əliyevin müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanılıb, hərbçimizi narahat edən məsələlər qeydiyyata alınaraq həlli üçün tədbirlər müəyyənləşdirilib.
Hərbçimizin ailəsi ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan Şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.
Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Hərbçimizin ailə üzvləri də qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
9


