BU GÜN ANAR KƏKƏYEVİN DOĞUM GÜNÜDÜR

Bu gün Q. Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevin Doğum günüdür.
Kəkəyev Anar Nəriman oğlu 12 noyabr 1983-cü ildə Astara rayonun Siyaku kəndində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Elşən Baxşiyev adına Rinə kənd tam orta məktəbini bitirib. Bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” ixtisasında alıb.
Əmək fəaliyyətinə özəl sektorlarda başlamışdır.
2011-ci ildən “ARB Cənub” Televiziya Şirkətində menecer vəzifəsində çalışmışdır. Bir neçə televiziya layihələrinin və “Günəşim ol” teleserialının prodüsseri olmuşdur.
“Torpağa bağlananlar”, “Mədəniyyət fədaisi” və “Nakam ömrün akkordları” adlı sənədli filmlərin rejissoru, ssenaristi və prodüsseri kimi fəaliyyət göstərib.
2021-2022-ci illərdə Lənkəran şəhər 3 saylı Folklor evinin müdiri, Lənkəran Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirtdiyi Dövlət qulluğuna inzibati icraçı vəzifələr üzrə qəbulunda BB4 sertifikatını qazanmışdır.
Aİ və BMT-nin bir neçə yerli və beynəlxalq layihələrin koordinatoru olmuşdur.
Bir neçə Fəxri Fərman və sertifikatlara layiq görülmüşdür.
Hal-hazırda Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.



