Weather Data Source: havadurumuuzun.com

Milli Qəhrəman Əsgər Əliyevin doğum günündə abidəsi ziyarət olunub

Noyabrın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, yerli icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Qəhrəman Əliyev Əsgər Ələkbər oğlunun doğum günündə abidəsini ziyarət edib, önünə tər güllər düzüb.

Zefernews.az xəbər verir ki,

İcra başçısı Taleh Qaraşov şəhid atası ilə yaxından söhbət edib dövlətin hər zaman ərazi bütövlüyümüz, suveren hüquqlarımızın bərpası, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulmasını daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Milli Qəhrəmanın atası Ələkbər Əliyev şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnun qaldığını bildirib. Milli Qəhrəmanın atası bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Top