Weather Data Source: havadurumuuzun.com

İmişlidə “TARİXİ ZƏFƏRİMİZ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR” adlı tədbir təşkil olunub 

8 Noyabr – Zəfər Günü münasibətilə İmişli rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Zefernews.az xəbər verir ki

Tədbirin bədii hissəsində İmişli rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin, İmişli rayon hüquq-mühafizə orqanlarının, şəhid ailələrinin üzvlərinin, qazilərin, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin iştirakı ilə İmişli rayon Heydər Əliyev adına İstirahət parkında İmişli rayon Mədəniyyət Mərkəzi, Uşaq Musiqi Məktəbi və Uşaq İncəsənət Məktəbinin birgə təşkil etdiyi konsert proqram nümayiş olunub.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər, tarixi zəfərimizə həsr olunmuş rəngarəng mahnılar və müxtəlif rəqs nümunələri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb

Top