Dünyaşöhrətli Alim Fərman Quliyev dünyasın dəyişib

AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev 86 yaşında vəfat edib.
Zefernews.az xəbər verir ki,
Fərman Ağadədə oğlu Quliyev 1937-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Gürcüstan Subtrоpik Təsərrüfatı İnstitutunda (Suxumi şəhəri) namizədlik dissertasiyasını müdafiə edib və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alıb.
O, müxtəlif illərdə “Xalqlar Dostluğu” ordeninə, “Əmək Rəşadəti” medalına, “Azərbaycan Respublikasının Əməkdar Aqronomu” fəxri adına, “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomuna layiq görülüb.
2014-2015-ci illərdə 4 çay sortunu – “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı”nı Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edib və 2019-cu ildə patentləşdirərək rayonlaşdırıb.
Qeyd edək ki, mərhum alim Fərman Quliyev Milli Məclisin deputatı Rüfət Quliyevin əmisidir.


