Weather Data Source: havadurumuuzun.com

Yardımlıda “Tariximizin qürur səhifəsi” adlı tədbir keçirilib

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı Nümayəndəliyinin, Yardımlı Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə mərkəzdə “Zəfər Günü” ilə əlaqədar “Tariximizin qürur səhifəsi” adlı tədbir keçirilib.

Zefernews.az xəbər verir ki,

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Yardımlı rayon V.A.Bəndəliyev adına Urakəran və E.B.Adışov adına Qabaqdibi kənd tam orta məktəblərinin kollektivləri iştirak edib.

 

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə şanlı tariximiz olan 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verib. Z.Məmmədzadə həmçinin bu savaşın təməl nöqtələri olan Aprel və İyul döyüşlərindən, o cümlədən Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ordumuza göstərilən xüsusi diqqət və qayğıdan, Azərbaycan əsgərinin şücaətindən söz açıb.

 

Daha sonra zəfər tariximizə həsr olunan “44 gün – 44 an” sənədli filmi nümayiş olunub.

Yekunda mövzu ilə bağlı mərkəzdə təşkil olunan sərgiyə baxış keçirilib.

Top