Lənkəranda Şəhid Tural Hümmətovdan bəhs olunan sənədli filmin təqdimatı keçiriləcək

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Mədəniyyət Şəhidi Tural Hümmətovdan bəhs edən “Nakam ömrün akkordları” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Zefernews.az xəbər verir ki, Rejissoru Anar Kəkəyev olan sənədli filmin təqdimatı 03.11.2023ci il saat:15:00,da Lənkəran Şəhər Mədəniyyət Mərkəzində baş tutacaq. Hər kəs dəvətlidir.


