Weather Data Source: havadurumuuzun.com

Taleh Qaraşov Şəhidlərin  anım günündə məzarlarını ziyarət edib

Noyabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Axundzadə Kənan Hamil oğlunun, Talıbov Elnur Gəgiş oğlunun və Mehdizadə Əli Məcid oğlunun məzarını ziyarət ediblər.

Zefernews.az xəbər verir ki,

Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Top