Weather Data Source: havadurumuuzun.com

Lənkəranda “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq!” adlı tədbir keçirilib

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq!” adlı tədbir keçirilib.

Zefernews.az xəbər verir ki,

Rayonun müxtəlif ümumtəhsil məktəblərindən şagird və müəllimlərin iştirak etdiyi tədbiri Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova giriş sözü ilə açaraq, uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Digər çıxış edən Lənkəran şəhər R.Məmmədov adına 5 saylı tam orta məktəbin direktor müavini Cəfər Fətullayev uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşmasında ailə, dövlət və cəmiyyətin üzərinə düşən böyük məsuliyyətdən danışdı.

Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Top