Weather Data Source: havadurumuuzun.com

Masallıda “Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilib

Oktyabrın 30-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayon üzrə təhsil sektoru, Masallı Rayon Polis Şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilib.

Zefernews.az xəbər verir ki,

“Dəfinə” məktəb-liseyində keçirilən maarifləndirici tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Masallı Tarix-Diyarşünaslı Muzeyinin direktoru Əntiqə Tağıyeva narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə ölkəmizdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Digər çıxış edənlər narkomaniya ilə mübarizənin sağlam həyata təminat olduğunu qeyd edərək, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs ediblər.

 

Görüşdə sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verilib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, narkomaniya əleyhinə aparılan tədbirlərin vacibliyi diqqətə çatdırılıb.

 

Sonda narkomaniyanın zərərli təsirlərini əks etdirən videoçarx nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Top