Weather Data Source: havadurumuuzun.com

Lənkəranda Mədəniyyət işçisi Gülzar İsmayılova ilə görüş keçirilib

Oktyabrın 30-da Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova ilə 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Zefernews.az xəbər verir ki,

Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.

 

Sonra Gülzar İsmayılova mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif olunub.

 

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İsmayılova Gülzar Əskər qızı 1992-ci ildən mədəniyyət sahəsində fəaliyyətə başlayıb. Oktyabrın 28-də 65 yaşı tamam olduğundan Gülzar İsmayılovanın əmək müqaviləsinə xitam verilib.

Top