Yap Lənkəran rayon təşkilatının sədri partiya fəalları ilə görüş keçirib

24.10.2023 –cü il tarixində YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Göyşaban kəndinin partiya fəalları ilə görüş keçirib.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər.
Zefernews.az xəbər verir ki,
Görüşdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verdi.
Sədr öz çıxışında xalqımızın daim dövlət başçısının ətrafında sıx birləşdiyini vurğulayıb. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.Tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun sayəsində mümkün oldu. Rayon təşkilatının bugünkü və qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verərək, ərazi partiya təşkilatının daha da uğurlu və keyfiyyətli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da səmərəli qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini diqqətə çatdırdı.
Görüşdə İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı. İrəli sürülən təklif və problemlər qeydə alındı.



