Weather Data Source: havadurumuuzun.com

Lənkəran MKS-də “Heydər Əliyev siyasəti Xoşbəxt gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev siyasəti Xoşbəxt gələcəyimizin təminatçısıdır” adlı tədbir keçirilib.

Zefernews.az xəbər verir ki,

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktor vəzifəsini icra edən Arzu Rufullayeva açaraq Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə ilə çıxış edib.

Sonra Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-Resurs şöbəsinin müdiri Alimə Əsədli, Lənkəranın ilk alim xanımı Tükazban Cahangirova,Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, Lənkəran MKS-in 16saylı Sütəmurdov kənd Kitabxana filialının müdiri Nuranə Cəfərova, İctimai fəal, gənc müğənni Allahverən Pərvizoğlu çıxış edərək Dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Elm, təhsil, Mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.
Daha sonra Lənkəran Şəhər 10 nömrəli tam orta məktəbin və Lənkəran Şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin şagirdlərinin ifasında Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Tədbirin sonunda Gənc müğənni Allahverən Pərvizoğlunun ifasında Sözləri: Gənc şair-publisist Sevindik Nəsiboğlunun, musiqisi Mehriban Aydınqızının, aranjimanı Fikrət Vasifoğluna məxsus olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndərimiz” mahnısına çəkilmiş klip nümayiş olunub.

 

 

Top