Weather Data Source: havadurumuuzun.com

Allahverən Pərvizoğlu Şəhid Ehtiram Hüseynlinin ailəsin ziyarət edib

İctmai fəal, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi, gənc müğənni Allahverən Pərvizoğlu Vətən Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Baş Leytenant Ehtiram Hüseynlinin anım günündə ailəsin ziyarət edib.

Zefernews.az xəbər verir ki,

Görüş zamanı Şəhidin Anası Ümbülbanu Hüseynova ilə övladının göstərdiyi Qəhrəmanlıqdan söhbət ediblər.

Allahverən Pərvizoğlu bildirib ki Şəhidlərimizin keçdiyi şanlı döyüş yolu gənclərimiz üçün bir örnəkdir onlar həmişə qəlblərdə yaşayacaqlar. Görüşün sonunda Gənc müğənni Allahverən Pərvizoğlu Allahdan Şəhidlərimizə rəhmət ailələrinə səbr diləyib və Şəhid Baş Leytenant Ehtiram Hüseynlinin məzarın ziyarət edib ruhuna dualar oxuyub.

 

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin -Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev də iştirak edib.

 

Qeyd edək ki,  Şəhid Baş Leytenant Ehtiram Hüseynli ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”,  “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Top