AYB Lənkəran bölməsinin 45illik yubleyinə həsr olunmuş tədbir keçirilib
AYB-nin Natəvan klubunda AYB Lənkəran Bölməsinin fəaliyyətə başlamasının 45 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirildi.
Zefernews.az xəbər verir ki,
Tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, AYB rəhbərliyi, cənub bölgəsindən və ölkənin müxtəlif regionlarından olan çoxsaylı yazarlar,ictimai-siyasi xadimlər,ziyalılar və mətbuat nümayəndələri iştirak etdilər.
AYB katibi İlqar Fəhminin sədrlik etdiyi tədbirdə xalq yazıçısı Anar çıxış edərək AYB Lənkəran Bölməsinin keçdiyi yola yüksək qiymət verdi. Bölmə sədri, yazıçı-publisist Qafar Cəfərli “Cənub bölgəsinin və Bölmənin ədəbi tarixi”, AMEA-nın ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Cənub bölgəsinin ədəbi həyatı” ilə bağlı məruzələri dinlənildi.
Sonra AYB katibi Səlim Babullaoğlu, yazıçılar Hüseynbala Mirələmov və Yaşar Rzayev; siyasi elmlər doktoru, professor Hadı Rəcəbli, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, yazıçı və naşir, ölkənin ilk poliqrafçı alimi,isadiyyat üzrə fəlsəfə doktoru Şəddat Cəfərov, tanınmış şair Ağacəfər Həsənli Bölmənin keçdiyi şərəfli yola nəzər saldılar. Çıxış edənlər xüsusən son üç ildə cənub bölgəsində ədəbi mühitin saflaşması, inkişafı və yüksəlişi istiqamətində Bölmə tərəfindən görülən işlərə yüksək qiymət verdilər.
AYB sədri, Xalq yazıçısı Anar uğurlu rəhbərliyə və məhsuldar yaradıcılıq fəaliyyətinə görə Bölmə sədri, yazıçı-publisist Qafar Cəfərliyə “Bəxtiyar Vahabzadə” ədəbi mükafatını təqdim etdi.
Daha sonra Cənub bölgəsində ədəbi mühitin inkişafında görülən işlərə görə Bölmənin əhatə etdiyi Lənkəran şəhər, Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlı rayon İcra hakimiyyətlərinin Fəxri-Fərmanları həmin rayonlardan olan nümayəndələr tərəfindən Bölmə sədrinə Qafar Cəfərliyə təqdim olundu.