Lənkəran teatrında Cəmilə” tamaşasının premyerası keçirilib
Lənkəran Dövlət Dram Teatrında İmran Ali Qurbanın məşhur qırğız yazıçı Çingiz Aytmatovun dünya şöhrətli “Cəmilə” povesti əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın premyerası keçirilib.
Zefernews.az xəbər verir ki,
Səhnə əsərinin səhnələşdirmə müəllifi və quruluşçu rejissoru İmran Ali Qurban, bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim rəssamı Güli Süleymanlı, rejissor assistenti Günay Səlimsoydur.
Rolları Aysel Babazadə, Teymur Hacızadə, Emil Rzayev, Aynur Əhmədova, Əbülfəz Axundov, Saleh Əzimzadə, Səyad Əliyev, Ayşən Əsədova, Məleykə Cəfərova, Günel Abbaszadə, Vəfa Hacızadə, Əlirza Şahbazi və Amil İbrahimli ifa edir.