Weather Data Source: havadurumuuzun.com

Niyazi Bayramov Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərin ailə üzvləri ilə görüşüb və onların müraciətlərini dinləyib.

Zefernews.az xəbər verir ki,

Şəhid ailələri tərəfindən səsləndirilən bir çox məsələlər yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.

Qəbulda müraciət edən şəhid ailələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Top