YAP-Lənkəran rayon təşkilatının sədri partiya fəalları ilə görüş keçirib

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Vilvan kəndinin partiya fəalları ilə görüş keçirib.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər.
Zefernews.az xəbər verir ki,
Görüşdə İ.Əmənullayev öz çıxışında qeyd etdi ki, bu gün gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələrlə nümayiş etdirir
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın 2021-ci il martın 5-də keçirilən VII qurultayındakı çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd edərək təşkilatın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.
O görüş iştirakçılarını maraqlandıran sualları cavablandıraraq bildirdi ki, əminliklə demək olar ki, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında son dərəcə böyük siyasi hadisə oldu. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkə başçısının islahatlar siyasətinin davamıdır. Öz fəaliyyətini daim zamanın tələblərinə və müasir çağırışlara uyğun formalaşdıran YAP yeni idarəetmə modelini özündə ehtiva edir.
YAP ölkənin vətənpərvər, intellektual yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular və tarixi ədaləti bərpa etdilər.
Altı siyasi partiyanın YAP-a qoşulmasını əlamətdar hadisə kimi qeyd edən İ.Əmənullayev deyib: “Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq yeni proqram hazırlanmışdır. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə hərtərəfli yardım göstərir, YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidirlər. YAP Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesində öndə olmalı, öz rolunu oynamalıdır. YAP hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan gənc nəslin tərbiyə edilməsi məsələsini daim diqqətdə saxlayacaq və bütün lazımi tədbirləri görəcək. Bu, bizim qarşımızda duran vəzifələrdəndir.
Görüşün sonunda İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı. İrəli sürülən təklif və problemlər qeydə alındı.



