Weather Data Source: havadurumuuzun.com

Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşüb 

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb.

Zefernews.az xəbər verir ki,

Milli Məclis sədrini səmimiyyətlə salamlayan Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssüratlarla xatırlayıb.

O, Azərbaycanla Ruminiya arasında strateji münasibətlərin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan və Rumıniyanın sadəcə tərəfdaş deyil, həm də dost ölkələr olduğunu vurğulayıb. Baş nazirin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra dünyada ikinci tanıyan ölkə Rumıniyadır. Həmçinin, Rumıniya Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Azərbaycanın Rumıniyanın Cənubi Qafqazda birinci ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran İon-Marçel Çolaku ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün daha böyük potensial olduğunu qeyd edib.

Top