Yap-Lənkəran rayon təşkilatının sədri partiya fəalları ilə görüşü davam edir
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Lənkəran rayonunun Boladı kəndinin partiya fəalları ilə görüş keçirib.
Zefernews.az xəbər verir ki,
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər,şəhid ailələri, müharibə iştirakçıları, kəndin ağsaqqalları və ziyalılar da iştirak ediblər.
İqbal Əmənullayev görüşdə, Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmadığı, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıdığı, ölkənin inzibati-coğrafi sərhədlərindən – respublikamızın hüdudlarından partiyamızın səmərəli xarici əlaqələri və çoxşaxəli beynəlxalq əməkdaşlığının Azərbaycanın dövlətçilik maraqlarının qorunması üçün mühüm vasitə olmasından söhbət açdı. O bildirdi ki, partiya kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi yeni reallıqların təbliği, ölkəmizə qarşı yönəlmiş dezinformasiya və yalanların ifşası, informasiya müharibəsinə dəstək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.
Digər dost ölkələrin hakim partiyaları ilə əlaqələrimiz də uğurla davam etdirilir. Bu baxımdan, vaxtaşırı səfərlərin həyata keçirilməsi və görüşlərin təşkili mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, ötən il YAP nümayəndə heyəti olaraq Ukraynaya səfər çərçivəsində faydalı və məhsuldar görüşlər, təmaslar baş tutdu. Ötən il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edən mühüm amillərdən biri də partiyamızın nümayəndə heyətinin Qazaxıstana səfəri oldu.Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir..
Görüşün sonunda İ.Əmənullayev nitqini belə bitirdi: Səfərlər və görüşlər zamanı partiyalararası əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə yanaşı, Azərbaycan həqiqətlərinin, xüsusilə də postmüharibə reallıqlarının diqqətə çatdırılması da, əhəmiyyətlidir. Çünki yeni mərhələdə qarşıda duran əsas vəzifə Qarabağ Zəfərinin diplomatik və informasiya müstəvisində möhkəmləndirilməsi, dost və tərəfdaşlarımızın sayının artırılması, Azərbaycana dəstəyin gücləndirilməsidir. Düşünürəm ki, YAP-ın xarici əlaqələrinin genişləndirilməsi də bu prosesə mühüm töhfədir.
Görüşün sonunda İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı. İrəli sürülən təklif və problemlər qeydə alındı.