Niyazi Bayramov Rəfiqə Sadıqovanı xəstəxanada ziyarət edib

“Gəncənin səsi” qəzetinin Baş redaktoru, jurnalist Rəfiqə Sadıqova səhhətində yaranmış problemlə əlaqədar olaraq şəhərdə fəaliyyət göstərən özəl xəstəxanaların birinə yerləşdirilib.
Zefernews.az xəbər verir ki,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov millət vəkili Pərvin Kərimzadə və YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ilə birgə Rəfiqə Sadıqovanı ziyarət edib, onun səhhəti ilə maraqlanıb və şəfa arzulayıb.
Xatırladaq ki, Gəncənin ziyalı xanımlarından olan Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinin baş redaktorudur. Fəaliyyəti dövründə o, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi mükafatlarına, “Tərəqqi” medalına, Prezident Mükavatına, Ali Media Mükafatına layiq görülüb.


