Weather Data Source: havadurumuuzun.com

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti təqaüd proqramının təqdimat mərasimi keçirilib

11 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı -2023”-ün təqdimatı baş tutub.

Zefernews.az xəbər verir ki,

Təqdimat Mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ardınca layihəyə həsr olunmuş video-çarx nümayiş olunub.

Açılış nitqləri dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “BP”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr, dəstək göstəriləcək 54 tələbəyə isə sertifikat və gül dəstələri təqdim edilib.

Tədbir bədii hissəylə davam edib. Sonda xatirə fotosu çəkdirilib.

Top