Lənkəranda “Gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib
Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbində “Gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Zefernews.az xəbər verir ki,
Tədbirdə Lənkəran ŞRPŞ-nin rəisi Azər Cahangirov, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, Lənkəran şəhər icra hakimiyyətinin nümayəndəsi Ruslan Hüseynov, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirdə çıxış edənlər narkomaniya və digər zərərli vərdişlərin fəsadları haqqinda şagirdlərə məlumat veriblər.