Weather Data Source: havadurumuuzun.com

Bu gün Əməkdar artist, “Qızıl dərviş mükafatı” laureatı Aktrisa Almaz Mustafayevanın Doğum günüdür

Almaz Əhmədqızı Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur.

Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.

1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.

Sevilən aktrisa Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Top