Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım edib

Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onunla bağlı sosial şəbəkədə paylaşım edib.
Zefernews.az xəbər verir ki, o şəxsi Facebook hesabında bacısı ilə şəkilini yayımlayaraq Ramiz Rövşənin “Ayrılıq” şeirindən bir hissə paylaşıb:
“Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.


