Milli Məclisin sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb.
Zefernews.az xəbər verir ki,
Söhbət zamanı Fransa Milli Assambleyasının sədri mövcud vəziyyətlə bağlı narahatlığını bildirib və Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalanacağına ümidini ifadə edib.
Görüşdə spiker Sahibə Qafarova Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. O, deyib ki, Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.