Weather Data Source: havadurumuuzun.com

Yap Lənkəran rayon təşkilatının sədri partiya fəalları ilə görüşlərini davam etdirir

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Şürük və Yuxarı Nüvədi kəndlərində partiya fəalları ilə görüş keçirib.
Görüşdə partiya fəalları ilə yanaşı bitərəflər,müharibə iştirakçıları, kəndin ağsaqqalları , ziyalılar və şəhid ailələri də iştirak ediblər.

 

Zefernews.az xəbər verir ki,
İqbal Əmənullayev söhbətə Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının önəmli siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləməsi, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlaması, bu yolda islahatlara xüsusilə önəm verməsi ilə başladı. O, bildirdi ki, Yeni Azərbaycan Partiyası bütün bu siyasi reallıqların fonunda, yaranmış reallıqlardan çıxış edərək, özünün müəyyənləşdirdiyi yenilənmiş fəaliyyət proqramı ilə yoluna davam etməkdədir. Partiyanın VII qurultayından sonra yeni mərhələ və hədəflər haqqında danışan İ.Əmənullayev qeyd edib ki, partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Bununla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi – əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.
İ. Əmənullayev söhbəti VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilməsi ilə davam etdirdi. Sirr deyil ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlar deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.
Görüşün baş tutduğu şəhid Vüsal Kazımov adına salınmış xatirə parkında, şəhidin atası professor Kamran Kazımov qeyd etmişdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib.

Görüşdə İ.Əmənullayev partiya üzvlərinin verdiyi, sualları cavablandırdı. Sonda İrəli sürülən təklif və problemlər qeydə alındı.

Top