Goranboyda “Anım Günü” qeyd olunub
Goranboyda, “27 sentyabr – Anım Günü” ilə bağlı Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirildi.
Zefernews.az xəbər verir ki,
Anım Günü Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirilib.
Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə Kompleksini ziyarət etdi, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu. Tədbirdə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın azadlığı uğrunda, Rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı 44 günlük Şanlı Vətən müharibəsi və 19 sentyabr 2023- cü il tarixində Şanlı Ordumuzun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror əməliyyatları barədə danışan İcra Başçısı, artıq ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırdı.