Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Sentyabrın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Zefernews.az xəbər verir ki,
İclası açan komitə sədri Hicran Hüseynova Ordumuzun Qarabağ iqtisadi rayonunda dünəndən başladığı anti-terror tədbirlərinin bu gün separatçıların təslim olması ilə nəticələnməsi münasibətilə təbriklərini çatdırıb. Komitə sədrinin təklifi ilə dünən erməni terrorçularının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının, mülki şəxslərin və anti-terror tədbirləri zamanı şəhid olan əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatın və Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.



