Şəhid Mirmusa Hüseynzadə Lənkəranda dəfn olunub

Sentyabrın 19-u Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı qüvvələri birləşmələrinə qarşı başlatdığı antiterror əməliyyatı zamanı ordumuzun Lənkərandan olan əsgəri Mirmusa Hüseynzadə doğulub böyüdüyü İstisu qəsəbəsində dəfn olunub.
Zefernews.az xəbər verir ki,
Dəfn mərasimində Şəhidin ailə üzvləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,rayonun hüquq-mühafizə orqanalarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonra Şəhid Mirmusa Vüqaroğlu Hüseynzadənin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı yaxınlarına təqdim edilib.



