Weather Data Source: havadurumuuzun.com

BDU-nun əməkdaşları akademik Rəfiqə Əliyevanın məzarını ziyarət ediblər

Bakı Dövlət Universitetinin (BDU) Kimya, Ekologiya və torpaqşünaslıq fakültələrinin əməkdaşları görkəmli alim, Əməkdar elm xadimi, akademik Rəfiqə Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Zefernews.az AZƏRTAC-a istinadən  xəbər verir ki, akademik Rəfiqə Əliyevanın əziz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi BDU-da həmişə ehtiramla yad edilir. Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın xatirəsi onun həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik olan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər BDU-nun Analitik kimya kafedrasında işləyib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olmuş akademik ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edib.

Top